Müəllif:Ayşən İmanova/Banco.az
Niderland Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 88 milyon avro ayırıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bildirib.
Onun sözlərinə görə, 88 milyon avro mobil hava hücumundan müdafiə sistemləri üçün ayrılıb. “Onlar bütün dron hücumlarına və raket hücumlarına qarşı istifadə oluna bilər”, - deyə nazir qeyd edib.
Brekelmans aydınlaşdırıb ki, söhbət bir neçə yüz sistemlərin tədarükündən gedir, lakin onların dəqiq sayını açıqlamayıb.
O, həmçinin etiraf edib ki, “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya birgə çatdırılması məsələsi ilə bağlı hələlik hər hansı yeni məlumat verə bilməz.