Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 30 iyun tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 34,4%-i "AA" reytinqli olub.
Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 28%-i "AAA", 25,3%-i "A", 11,5%-i "BBB", 0,8%-i qeyri-investisiya reytinqli olub.
2025-ci ilin 1 iyul tarixində istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 46,4%-i "AA", 21,5%-i "AAA", 19,1%-i "A", 12,6%-i "BBB", 0,4%-i qeyri-investisiya reytinqli olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
