Nazir müavini: "SOCAR bacarıq ixrac edən şirkətə çevrilir" | Banco.az

Nazir müavini: "SOCAR bacarıq ixrac edən şirkətə çevrilir"

Müəllif:Gülnar Əhmədli,Banco.az

SOCAR artıq yalnız neft və qaz deyil, bilik, texnologiya və peşəkar bacarıqlar ixrac edən quruma çevrilir.

Banco.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən "Dayanıqlılıq və Enerji Transormasiyası" mpvzusunda "Technovation" forumunda deyib.

Onun sözlərinə görə, ölkə artıq neft və qaz hasilatında müəyyən səviyyəyə çatıb: "Gələcəkdə hasilatın əvvəlki dövrlərdə olduğu kimi sürətlə artacağını gözləmirik.

Buna görə də əsas məsələ dəyər zəncirində yuxarı qalxmaqdır. Əvvəllər əsas diqqət xammalın çıxarılması və satılmasına yönəlirdisə, bu gün emal, texnologiya və yüksək əlavə dəyər yaradan fəaliyyətlər ön plana çıxır.

SOCAR-ın inkişafında da bunu müşahidə edirik. Şirkət artıq yalnız neft və qaz ixrac edən şirkət deyil. O, bilik, texnologiya və peşəkar bacarıqlar ixrac edən quruma çevrilir".

"Ölkənin inkişaf səviyyəsini göstərən ən vacib göstəricilərdən biri insan kapitalının yaratdığı dəyəri beynəlxalq bazarlara çıxara bilməsidir. Əgər ölkə öz mütəxəssislərinin topladığı bilik və təcrübəni ixrac edə bilirsə, bu artıq yüksək inkişaf səviyyəsinin göstəricisidir", - nazir müavini əlavə edib.