"Microsoft" bu ölkədə süni intellektin inkişafına 18 milyard dollar sərmayə qoyacaq | Banco.az

"Microsoft" bu ölkədə süni intellektin inkişafına 18 milyard dollar sərmayə qoyacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın "Microsoft" korporasiyası növbəti üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 milyard dollar sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, Microsoft-un baş direktoru Satya Nadellanın verdiyi məlumata görə,  bu investisiya şirkətin ölkədəki ən böyük investisiyası olacaq və superkompüterlərin, bulud infrastrukturunun və məlumat mərkəzlərinin tutumunu artırmaq üçün istifadə olunacaq:

"Avstraliyanın süni intellekti real iqtisadi artıma və ictimai faydalara çevirmək üçün böyük imkanları var".

Onun sözlərinə görə, iş yerlərinin itirilməsi təhlükəsinə baxmayaraq, süni intellekt Avstraliyanın durğun iqtisadi məhsuldarlığının öhdəsindən gəlməkdə əsas amil olmaq potensialına malikdir.

"Microsoft" 2028-ci ilə qədər ən azı 3 milyon avstraliyalıya süni intellekt bacarıqları öyrətməyi planlaşdırır. 

Baş nazir  bildirib ki, Amerika şirkətinin investisiyası Avstraliyanın kibertəhlükəsizliyini gücləndirməyə və yeni iqtisadi və məşğulluq imkanları açmağa kömək edəcək.