Mərkəzi Bank “exchange”in vəzifəli şəxsini cərimələyib | Banco.az

Mərkəzi Bank “exchange”in vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi cari nəzarət tədbirləri zamanı valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, “Eliko” MMC 2020-ci ildə təsis edilib və həmin tarixdə ilk lisenziya qazanan valyuta dəyişmə məntəqəsidir. Yarandığı gündən şirətə direktorluğu Kazımov Ramil Adil oğlu edir.