Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-yə icrası məcburi sərəncam verib.
Bu barədə BFB xəbər verir.
Məlumata görə, bank inzibatçı vəzifəsinə təyinat və dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim etməyib. "Banklar haqqında" qanununun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən "AFB Bank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
