Azərbaycanda mayda 195 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb | Banco.az

Azərbaycanda mayda 195 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

Bu ilin may ayında ailə başçısını itirməyə görə 195 155 nəfər şəxsə pensiya və müavinət ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF)  xəbər verir.

Məlumata görə, onların 138 914 nəfəri pensiya, 56 241 nəfəri isə müavinət alıb.