Marketinq və satış arasında hansı fərq var? | Banco.az

Marketinq və satış arasında hansı fərq var?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Marketinq bir malın və ya xidmətin satıldığı bazarın ölçülərini görmək və o bazara görə strategiyalar fikirləşməkdir. Burada marketinqin məqsədi şirkətə yeni müştəri cəlb etmək və mövcud müştəriləri qorumaqdır”.

Banco.az xəbər verir ki, bu fikirləri tanınmış marketoloq, satış eksperti Eyniş Məmmədov deyib. 

O bildirib ki, marketinq prosesində satış yoxdur:

"Satış prosesi hər hansı bir iş görüşməsinin nəticəsində müqavilənin imzalanması, razılaşmanın əldə olması, sifarişin alınması vəya fakturanın bitirilməsi kimi işi bitirən prosesdir.Marketinqdə müştəri diqqət mərkəzindədir. Satış isə daha çox satıcıya fokuslanır. Marketinqdə ana hədəf, şirkətin bütün strategiyaları müştərilərinin tələbləri istiqamətində idarə etməkdir.
Satış, bir istehlakçı və ya müştərinin bir malı ya da xidməti satın almasına kömək etmə vəya yönləndirmə səyləridir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, marketinq şəxslərin və şirkətlərin məqsədlərinə uyğun bir şəkildə inkişafını təmin etmək üçün malların, xidmətlərin və fikirlərin yaradılması, qiymətləndirilməsi, logistikası və satış səylərinin planlayaraq yerinə yetirmə müddəti hesab olunur. Bir sözlə marketinq, istehsaldan əvvəl başlayıb  satışdan sonra da davam edir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et