Maliyyə hesabatı şirkətin əsas dilidir. Ona görə də hesabatda maddələrin dəyərləndirilməsi müxtəlif cür aparıla bilər. Maliyyə uçotuna görə isə bu dəyərləndirmənin 4 müxtəlif forması mövcuddur. Gəlin hər biri ilə tanış olaq.
1) İlkin dəyər
Mühasibat uçotu prinsipinə görə, maddələr hesabatda öz ilkin dəyəri ilə, yəni şirkətin onları əldə etmək üçün ödədiyi məbləğdə göstərilməlidir. Bu üsulun müsbət cəhəti, ilkin dəyər vasitəsi ilə hesabatların obyektivliyi maksimal dərəcədə təmin oluna bilir. Yəni aktivin alınmasına və ya xərcin çəkilməsi zamanı ödənilmiş məbləğləri sübuta yetirilən sənədlər mövcud olur.
İlkin dəyər - əməliyyatın baş verdiyi zaman öz məsrəfində (qiymətində, xərcində) uçota alınmasını bildirir.
Dəyər ilə məsrəfin fərqi dəyərin ölçülə bilməsi subyektiv anlam daşıyır, yəni hər kəs hər bir məhsula istənilən dəyəri qoya bilər.
2) Əvəzetmə dəyəri
Əvəzetmə dəyəri - maddənin onunla eyni olan maddə ilə əvəz edilməsi üçün tələb olunan məbləği bildirir.
Misal:
A korporativ müəssisəsi beş il əvvəl 20 000 manata avadanlıq alıb, hazırda avadanlıq yararsız vəziyyətdədir və yenisi ilə əvəz edilməlidir. Eyni avadanlığı almaq üçün isə indi 30 000 manat xərc çəkilməlidir.
İlkin dəyər: 20 000 manat
Əvəzetmə dəyəri: 30 000 manat
3) Xalis realizə edilə bilən dəyər
Xalis realizə edilə bilən dəyər - Maddənin satış qiyməti və onun satış üçün hazır vəziyyətə gətirilməsi və satılması üçün çəkiləcək bütün məsrəflərin fərqinə bərabərdir.
Yuxarıdakı misalda müəssisə avadanlığa 8000 AZN xərc çəkərək işlək vəziyyətə gətirə bildi və onu 13 000 AZN-ə satdı. Onun xalis realizə edilə bilən dəyəri nə qədər olacaq?
Xalis realizə edilə bilən dəyər 17 000 AZN - 8000 AZN = 9 000 AZN
4) İqtisadi dəyər
İqtisadi dəyər - aktivin gəlir yaratma bacarığı əsasında formalaşan dəyərdir.
Avadanlığın qazandıracağı dəyər iqtisadi dəyərdir.
Misal: A korporativ müəssisəsi 15 000 AZN-ə yeni avadanlıq alıb. Bu avadanlıq 11 il ərzində 2300 AZN fayda (mənfəət) gətirəcəyi gözlənilir. Onun iqtidadi dəyərini tapın.
İqtisadi dəyər = 11*2300 AZN = 25 300 AZN