“Kredit Servis BOKT” kapitalını 250 min manat azaldıb | Banco.az

“Kredit Servis BOKT” kapitalını 250 min manat azaldıb

“Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı azaldılır.

Banco.az xəbər verir ki, “Kredit Servis BOKT”-un nizamnamə kapitalı azaldılaraq 1 032 934 manat olmuşdur.

Buna qədər BOKT-un nizamnamə kapitalı 1 282 934 manat idi ki, bu da 250 000 manat azalma deməkdir.

Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb və qanuni təmsilçisi Teymur Süleymanovdur.