"Kapital Bank"ın xalis mənfəəti 44% artıb | Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 44% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin birinci yarısında 221 milyon 790 min manat təşkil edib. Bankın xalis mənfəəti illik müqayisədə 67 milyon 823 min manat və ya 44,1% artıb.

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 iyul tarixinə "Kapital Bank"ın aktivləri 4,4% artaraq 13 milyard 271 milyon 814 min manata bərabər olub.

İyul ayının əvvəlinə "Kapital Bank"ın kredit portfeli 5 milyard 953 milyon 948 min manat, depozit portfeli isə 9 milyard 951 milyon 241 min manat olub.

Bankın kredit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 582 milyon 109 min manat (10,8%), depozit portfeli isə 473 milyon 889 min manat (5%) artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram