İtaliyanın Kapri adası turistlər üçün bağlandı | Banco.az

İtaliyanın Kapri adası turistlər üçün bağlandı

Müəllif:Ayşən İmanova/Banco.az

İtaliyanın Kapri adası su çatışmazlığı səbəbindən yeni turistlər üçün bağlanıb.

Banco.az xəbər verir ki, bu əmri şəhər meri Paolo Falco su təchizatı sistemindəki nasazlıqdan sonra verib.

O qeyd edib ki, tətil mövsümündə hər gün adaya gələn minlərlə insan üçün əsas xidmətlərə zəmanət verilə bilməz.

"Yalnız qonaqpərvərliyə zəmanət vermək üçün kifayət qədər su ehtiyatı olan bir hoteldə rezervasiya edən turistlər Kapriyə buraxılacaqlar", - deyə o bildirib.

Yeni tələblər bərələrin Kapriyə yola düşmək üçün limanlarda növbə yaratmasına səbəb olub. Artıq adaya doğru üzən gəmilərlə dəniz idarələri əlaqə saxlayıblar və onlara çıxış limanlarına qayıtmaq əmri verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et