İstirahətdən qayıtdıqdan sonra yenidən işə uyğunlaşmağın yolları | Banco.az

İstirahətdən qayıtdıqdan sonra yenidən işə uyğunlaşmağın yolları

Tamara Mustafayeva, Banco.az

Məzuniyyət günlərində, xüsusilə də ölkə və ya şəhərkənarı yerlərə istirahətə gedən insanlar üçün ən çətin məqam yenidən iş mühitinə qayıtmaqdır. İşdən uzaqlaşıb tətilə çıxmaq xoş səslənsə də, istirahətdən işə geri qayıtmaq o qədər də xoş olmaya bilər. Məhz bu prosesin sizə asan olması üçün “Forbes” jurnalının yayımladığı bəzi məsləhətlərlə gəlin tanış olaq.

Qayıdışınızı öncədən planlaşdırın

İnsanların əksəriyyəti işdən uzaqlaşıb tətilə çıxarkən sadəcə gediş planları qurmaqla məşğul olurlar. Lakin, geri qayıtma prosesini də əvvəlcədən planlaşdırmağa çalışmaq lazımdır. Bununla yanaşı, bir çoxumuz tətilin son gününün axşamı və ya gecəsi evə geri dönərək tətilin müddətini maksimum uzatmağa çalışsaq da, “168 saat: Düşündüyündən daha çox vaxtın var” adlı kitabın müəllifi Laura Vanderkam daha tez geri dönməyi məsləhət görür.

Dərhal işlərə başlamayın

Əgər böhran planınız yoxdursa, tətildən dərhal sonra ofisə qayıtmayın. Vanderkam bu mövzu ilə bağlı aşağıdakıları yazır:

“Buraxılan bütün iclaslara girmək tendensiyası mövcuddur. Mümkün olduğu qədər bunu ikinci iş gününə saxlayın və ya günortadan sonra özünüzə vaxt ayırın.”

“Səhərlər əsla e-poçtlarınızı yoxlamayın” adlı kitabın müəllifi, təlimçi Julie Morgenstern isə aşağıdakı tövsiyyələri verir:

“Keçid vaxtı yaradın. Ofisdəki ilk iş gününüz üçün əvvəlcədən iş müəyyənləşdirməyin, özünüzə vaxt ayırın.”

Avtomatik cavabınız sizin ilkin müdafiə vasitənizdir

Ən sərfəli kredit üçün müraciət et

Sizə gələcək zənglərə qoyulan avtomatik cavab bəsit, faydalı və dürüst olmalıdır. Vanderkam tətildə olduğunuz müddət ərzində işlə məşğul olmamağınızı məsləhət görür. Bu avtomatik cavab sayəsində iş yoldaşlarınız uyğun olub-olmadığınızı biləcəklər.

Bununla yanaşı, sizə kimlərin emeyl göndərə biləcəyini və insanların sizin əvəzinizə kiminlə əlaqə saxlayacaqlarını ya da sizin onlara nə zaman cavab verəcəyinizi bildiklərindən də əmin olun.

Tətildə olduğunuz zaman sizə gələn emeyllərə sürətlə nəzər salın və daha sonra hamısını silin

Göndərilən emeyllərin silinməsi düşüncəsi, sübhəsiz ki, sizi qorxudur. Lakin, əksər insanlar tətildən qayıtdıqdan sonra bu müddət ərzində gələn lazımsız emeylləri silməyin çox vaxt apardığını iddia edirlər. Vanderkam bu haqda yazır: “Bəzi insanlar nəyin işarələndiyinə sürətlə nəzər salar, nəyin lazımlı olduğunu görər və daha sonra hər şeyi silər.” Qısası, e-poçt hesabınızdakı vacib emeyllərə nəzər saldıqdan sonra lazımsız hesab etdiklərinizi silin.

Uğurlu mövsüm və məhsuldar iş həftəsi arzu edirik!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram