İşçilərin məhsuldarlığını artırmağın yolları | Banco.az

İşçilərin məhsuldarlığını artırmağın yolları

Şirkət qurmusunuz, lakin işçiləriniz şirkətinizi daha irəliyə doğru aparmaqda maraqlı deyillər? O halda işçilərinizin məhsuldarlığını artırmağa necə baxırsınız?

Şirkətlərin demək olar ki, hamısı işçilərinin məhsuldarlığını artırmaq istəyir. Bəs onlardan neçəsi bunu həyata keçirməkdə şirkətin idarəetmə bacarıqlarının da təsirli olduğunu və məhz bu xüsusiyyətləri gözdən keçirməyin lazım olduğunu başa düşürlər? Bununla yanaşı deyə bilərik ki, işçilərin də çoxu öz məhsuldarlıq potensialından kifayət qədər istifadə edə bilmirlər.

Məqalədə hər biri, işçilərinizi məhsuldarlığa yönəldən və buna nail olmaq üçün faydalana biləcəyiniz bir neçə tövsiyyəyə yer verilmişdir.

1. Maddi təşviqlər müəyyən edin.

Şirkətin bütün işçilərini əhatə edəcək maddi təşviqlər yaradın.

Müəssisələrin idarə heyəti bu sistemi adətən yüksək vəzifəli işçiləri üçün istifadə edirlər. Bu başa düşülən bir vəziyyət olsa da, əgər müəssisənin uğuru üçün həvəslə çalışmalarını istəyirsinizsə, aşağı vəzifəli işçilərinizi də ən təbii haqları olan maddi təşviqlərdən məhrum etməməlisiniz. Təşviqlərlə bağlı əsas düşünülməsi mühim olan məsələ bu işin maddi tərəfidir. Təşviqlərin verilməsi müddəti diqqətlə planlaşdırılmış bir proqram tələb edir, beləliklə ediləcək əlavə xərclərin dəqiq qeyd edilmiş gəlir və ya qazanc hədəflərini olduğu kimi əks etdirməsinə nail olunacaqdır.

2. Müntəzəm olaraq yol göstərici rəylər bildirin.

Rəy bildirmək təşkilati idarəetmə bacarığıdır və işçilərinizə müntəzəm, yol göstərici və təşviq edici rəylər bildirməyiniz effektiv idarəediciliyin təməlini təşkil edir. Unutmayın ki, burada məqsəd işçilərinizi təşviq etməkdir, onları ruhdan salmaq deyil. Lakin bu, rəylərinizin hər zaman müsbət olmasının vacib olduğu demək deyil, əgər elə olsaydı icra etdiyiniz iş “idarətmə” olmazdı. Müvəffəqiyyətlə yerinə yetirilmiş bir işin qarşılığında quracağınız təşviqedici cümlələr də, yol verilən səhvlərin düzəldilməsi üçün deyəcəyiniz sözlər də keyfiyyətli ünsiyyətin göstəricisi olmalı, düzgün üslubda dilə gətirilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

3. İşçilərinizə şəxsiyyət kimi yanaşın, həm onlara həm də icra etdikləri işə hörmət edin.

Hörmət sadə, lakin təsirli bir motivasiya mənbəyidir. Işçilər özlərinə qarşı hörmət edildiyini hiss etdikləri və bunun səmimiyyətinə inandıqları zaman, şirkətinizin uğur qazanması üçün lazım gəlsə hətta kilometrlərlə yolu qət etməyə belə hazır olarlar.

4. Şirkətinizin bütün idarəedici kadrlarının kifayət qədər təlimdən keçdiklərinə əmin olun.

Şirkətlər “rəhbər təlimi” proqramlarına maliyyə sərf etmək üçün həvəsli olarkən, orta səviyyəli vəzifələrdə çalışan işçilərin təlim keçməsinə çox da əhəmiyyət vermirlər. İnsanlar adətən karyeralarının başlanğıcında, yəni ən çox ehtiyac duyduqları zaman təlim keçmə imkanı əldə edə bilməzkən, karyeralarının sonuna doğru daha çox təlimlərdə iştirak və özünü inkişaf fürsətləri əldə edirlər. Lakin, artıq çox gec olur. Bu səbəbdən də siz bütün işçi heyətinizin təlimlərdə iştirak etməsinə diqqət göstərin.

5. Həqiqətən köməyə ehtiyac duyduqları anda işçilərinizin yanında olun.

Sözün əsl mənasında dəyərli bir dəstəyin fərqli şəkillərdə özünü göstərməsi mümkündür. Bu, bəzən sıradan çıxmış və məhsuldarlığını itirmiş bir avadanlığın yenisi ilə əvəz edilməsi, bəzən haqsız bir tənqidə qarşı göstəriləcək mənəvi dəstək, bəzən də iş-şəxsi həyat tarazlığını düzgün qura bilmək üçün məqbul dərəcədə asanlıq yaratmaq ola bilər. İşçilərinizə məhz ehtiyac duyduqları anda köməklik göstərmək onların şirkətinizə qarşı xoş niyyətlərini və inam hissini daha da gücləndirəcəkdir.

Tamara Mustafayeva, banco.az