ABŞ Prezidenti Donald Trampın İrana qarşı yenidən hücum təhdidindən sonra Asiya bazarlarında neft qiymətləri artmaqda davam edir.
Banco.az xəbər verir ki, İranla ABŞ arasında gərginliyin yenidən artması Hörmüz boğazından enerji daşınmalarında potensial uzunmüddətli fasilələrlə bağlı narahatlıqlar yaradıb.
Noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 0,7 faiz artaraq bir barel üçün 91,22 dollara çatıb.
ABŞ-ın WTI markalı nefti də 1 faiz artaraq 86,60 dollara satılıb.
Əvvəlki sessiyada Brent 3 faiz, WTI isə 3,6 faiz artıb.
