Müəllif:Mehin Qasımova,Banco.az
"SpaceX" şirkətinin qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollara düşüb.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.
Belə ki, son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.
12 iyunda Mask "SpaceX" şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs oldu . O, təxminən iki həftə ərzində trilyoner statusunu saxladı.
"SpaceX" səhmləri süni intellekt layihələrini maliyyələşdirmək üçün ilk investisiya dərəcəli istiqraz təklifinin elan edilməsindən sonra ardıcıl üç gündür ki, ucuzlaşıb. Bundan əlavə, ticarət məlumatlarına görə, Tesla-nın Nasdaq-dakı səhmləri 16 iyundan bəri 4,14%, "SpaceX" səhmləri isə 17,13% ucuzlaşıb.
