İlon Mask bu il minlərlə insanabənzər robot istehsal edəcək | Banco.az

İlon Mask bu il minlərlə insanabənzər robot istehsal edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ilon Mask bildirib ki, süni intellektdən ən böyük sərmayə gəliri insanabənzər robotlar olacaq.

Banco.az xəbər verir ki, “Tesla”ın CEO-su İlon Mask Dubayda keçirilən Dünya Hökumətləri Sammitinə verdiyi son müsahibəsində süni intellektə yatırılan investisiyaların iqtisadi gəlirlərinin insanabənzər robotlarda görünəcəyini bildirib.

Cümə axşamı BƏƏ-nin Süni İntellekt naziri Ömər Sultan Əl Olama ilə videobağlantı vasitəsilə danışan Mask insanabənzər robotların və dərin intellektin "yarı sonsuz məhsul və xidmətlər" təqdim edərək qlobal iqtisadiyyatın potensialını üzə çıxaracağını söyləyib.

Mask Əl Olamanın süni intellekt modellərinin "ən böyük iqtisadi gəlirlərinin" haradan gələcəyinə dair sualını cavablandırırıb.

O, insanabənzər robotlar haqqında belə deyib: "İstənilən məhsulu istehsal edə, istənilən xidməti göstərə bilərsiniz. O nöqtədə iqtisadiyyatın həqiqətən bir sərhədi yoxdur. Hər şeyi edə bilərsiniz."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram