Müəllif:Mehin Qasımova,Banco.az
Fransadan sonra İtaliyanın dövlət borcu üç trilyon avro həddini keçib .
Banco.az xəbər verir ki, İtaliyanın dövlət borcu 2025-ci ilə qədər 100 milyard avrodan çox artaraq 3,095 trilyon avroya çatıb. Fransada bu rəqəm 3,5 trilyon avronu keçib. Almaniyanın borcu isə təxminən 150 milyard avro artaraq 2,8 trilyon avrodan çox olub.
Avropa Birliyində dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildəki 80,7 faizdən 2025-ci ildə 81,7 faizə yüksəlib. İtaliyada bu rəqəm 137,1 faiz olub ki, bu da yalnız Yunanıstanda ( 146,1 faiz) daha yüksəkdir. Sonrakı yerləri Fransa (115,5 faiz), Belçika (107,9 faiz) və İspaniya (100,7 faiz) tutur.
