İƏİT qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib | Banco.az

İƏİT qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu il üçün qlobal iqtisadiyyatın artım proqnozunu 0,1 faiz yüksəldib.

Banco.az xəbər verir ki, İƏİT İqtisadi Perspektivlər Hesabatını “Turning the curner” başlığı ilə dərc edib.

Hesabata görə, təşkilat bu il üçün qlobal iqtisadiyyatda artım proqnozunu 0,1 faiz artıraraq 3,2 faizə yüksəldib.

Proqnozun artırılmasına dünyada dezinflyasiya prosesinin davam edəcəyi, real gəlirlərin yaxşılaşacağı və bir çox iqtisadiyyatlarda pul siyasətinin daha az məhdudlaşdırıcı olacağı ehtimalının tələbi dəstəkləyəcəyi gözləntiləri təsir göstərib.

Hesabatda qeyd olunub ki, qlobal istehsal artımı davamlı olaraq qalır və inflyasiyanın azalması davam edir. ABŞ, Braziliya, Hindistan, İndoneziya və Böyük Britaniya da daxil olmaqla bir çox G20 ölkələrində nisbətən güclü artım, Almaniya da daxil olmaqla bir neçə iqtisadiyyatda isə zəif artım müşahidə edilib.

İqtisadi aktivlik xüsusilə xidmət sektorunda güclü olaraq qalıb. Real əmək haqqının artması ev təsərrüfatlarının gəlir və xərclərini dəstəkləsə də, bir çox ölkədə alıcılıq qabiliyyəti hələ tam olaraq pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, qlobal ticarətdə gözləniləndən daha sürətli bərpa müşahidə edilsə də, nəqliyyat xərcləri yüksək, ixrac sifarişləri isə mülayim olaraq qalır.

Bu baxımdan qlobal iqtisadiyyatın bu il 3,2 faiz artacağı gözlənilir. Bu nisbət İƏİT-in may ayında açıqladığı proqnozdan 0,1 faiz çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et