Dünya bazarında neftin qiymətləri həftənin əvvəlində artıb, bazarlar Yəmən husilərinin həftəsonu İsrailə ilk hücumlarından sonra qlobal tədarükün daha da azalacağından ehtiyat edir.
Banco.az xəbər verir ki, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti əvvəlki bağlanış qiymətinə nisbətən 2,52 % artaraq bir barel üçün 107,97 ABŞ dollarına çatıb.
WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,69 % bahalaşaraq 101,32 ABŞ dollarına yüksəlib.
Bazar ertəsi "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə bir barel üçün 116 ABŞ dollarını ötüb.
