Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 31 milyon 616 min dollar və ya 16,9% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Türkiyəyə qeyri-neft ixracının dəyəri 219 milyon 294 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 187 milyon 678 min dollar olub.
Qeyd edək ki, ilk 4 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 4 milyard 698 milyon 786 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
