Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (336.45 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ərəb Əmirlikləri (310.05 Mbps) ikinci, Honkonq (Çinin xüsusi inzibati rayonu) (305.71 Mbps) üçüncü olub.
152 ölkə arasında sonuncu yerdə Kuba (3.04 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 90-cı (66.91 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Yanvar, 2025):
- Sinqapur – 336.45 Mbps
- BƏƏ – 310.05 Mbps
- Honkonq (Çinin xüsusi inzibati rayonu) – 305.71 Mbps
- Fransa – 287.44 Mbps
- İslandiya – 281.95 Mbps
- Çili – 276.77 Mbps
- ABŞ – 274.16 Mbps
- Danimarka – 247.62 Mbps
- İspaniya – 245.58 Mbps
- İsveçrə – 242.32 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!