Gürcüstanın Azərbaycana ixracı cüzi azalıb | Banco.az

Gürcüstanın Azərbaycana ixracı cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 322 milyon 205 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, birinci rübdə Gürcüstandan Azərbaycana ixracın dəyəri 138 milyon 743 min dollar təşkil edib. Bu da illik müqayisədə 1,2% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8%-ni təşkil edib.

2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 140 milyon 396 min dollar olub. 

Azərbaycandan idxal isə 183 milyon 462 min dollara bərabər olub. Bu isə illik müqayisədə 10,1% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 166 milyon 653 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram