Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank of Baku-nun kredit portfeli 31 mart 2026-cı il tarixinə 964 milyon 142 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 53 milyon 445 min manat və ya 5,9% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 745 milyon 823 min manat, biznes kreditləri portfeli 156 milyon 463 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 61 milyon 856 min manat təşkil edib.
Bunlar 2025-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 45 milyon 892 min manat və ya 6,6%, 7 milyon 708 min manat və ya 5,2% çox, 155 min manat və ya 0,2% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
