Gürcüstan Azərbaycandan idxalı 25% artırıb | Banco.az

Gürcüstan Azərbaycandan idxalı 25% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 691 milyon 169 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk yarımildə Gürcüstandan Azərbaycana ixracın dəyəri 335 milyon 888 min dollar təşkil edib.

Bu da illik müqayisədə 1,8% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8,7%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 342 milyon 117 min dollar olub. 

Azərbaycandan idxal isə 355 milyon 282 min dollara bərabər olub. Bu isə illik müqayisədə 25% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 284 milyon 257 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram