“Google” bu ölkədə yeni hesabların yaradılmasını məhdudlaşdırıb | Banco.az

“Google” bu ölkədə yeni hesabların yaradılmasını məhdudlaşdırıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Google” Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.

Banco.az xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi  təsdiqləyib.

Bildirilib ki, Rusiya mobil operatorları ilə "Google" hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəsinə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.

Nazirlik Rusiyadakı "Google" xidmətlərinin istifadəçilərinə məlumatlarının ehtiyat nüsxələrini yaratmağı, ikifaktorlu autentifikasiyanın alternativ üsullarına keçməyi və ya yerli platformalardan istifadə etməyə başlamağı tövsiyə edib.

Qeyd olunub ki, əvvəllər yaradılmış hesablar üçün SMS vasitəsilə avtorizasiya təsdiqi hələ də işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et