"Fitch" qlobal artım proqnozunu artırdı | Banco.az

"Fitch" qlobal artım proqnozunu artırdı

Müəllif:Mehin Qasımova,Banco.az

“Fitch Ratings” qlobal iqtisadiyyatın enerji qiymətlərindəki şoklara baxmayaraq dayanıqlılığını qoruduğunu açıqlayıb.

Banco.az xəbər verir ki, agentlik 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 0,2 faiz bəndi artıraraq 2,6%-ə yüksəldib.

Hesabatda real faiz dərəcələrinin artmasının maliyyə şərtlərini sərtləşdirdiyi, regionlar üzrə iqtisadi göstəricilərin isə qlobal artımın əsas amillərindən biri olduğu qeyd edilib.

“Fitch Ratings” ABŞ iqtisadiyyatının 2026 və 2027-ci illər üzrə artım proqnozunu 0,2 faiz bəndi artıraraq 2,1%-ə çatdırıb.

Agentlik ABŞ iqtisadiyyatındakı artımı güclü istehlak xərcləri və süni intellekt sahəsinə investisiyaların artması ilə izah edib.

Avrozona iqtisadiyyatının da dayanıqlılığını qoruduğu bildirilib. Almaniya iqtisadiyyatı üç illik durğunluqdan sonra 2026-cı ilin ikinci rübündə illik ifadədə 1% artıb.

Hesabata görə, qlobal texnologiya xərclərinin artması Cənubi Koreya, Meksika və Yaponiyanın iqtisadiyyatlarını dəstəkləyir. Hindistanın iqtisadi artımının da yüksək olaraq qalacağı gözlənilir.

Çinin 2026-cı il üzrə artım proqnozu isə 0,1 faiz bəndi azaldılaraq 4,5%-ə endirilib. Buna səbəb kimi sabit investisiyaların azalması və istehlakın zəifləməsi göstərilib.