Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında 1 milyard 115 milyon 395 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67 milyon 321 min manat və ya 6,4% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773 milyon 153 min manata bərabər olub. Bu da illik müqayisədə 169 milyon 739 min manat və ya 28,1% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
