Fəaliyyəti dayandırılmış "Skype"a ən yaxşı alternativlər | Banco.az

Fəaliyyəti dayandırılmış "Skype"a ən yaxşı alternativlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın hər yerindən insanları birləşdirən məşhur videozəng xidməti “Skype” bu gündən etibarən fəaliyyətini dayandırıb.

Banco.az xəbər verir ki, “Skype” istifadəçiləri artıq bütün əlaqə və söhbət məlumatlarını “Microsoft Teams”ə rahat şəkildə köçürə bilərlər. Bunun üçün sadəcə “Skype” hesab məlumatları ilə “Teams”ə daxil olmaq kifayətdir. Daxil olduqdan sonra bütün şəxsi mesajlar və kontaktlar avtomatik şəkildə yeni platformaya keçirilir.

“Teams” “Skype” kimi mesajlaşma, fayl paylaşımı, fərdi və qrup zəngləri funksiyalarını təklif edir. Lakin, “Skype” daha çox 20 nəfərlik kiçik və gündəlik istifadə üçün nəzərdə tutulmuş platformadırsa, Teams daha çox iş yönümlüdür və 10 min iştirakçıya qədər video görüşlərə dəstək verir. Platforma Android, iOS, Mac, PC və vebdə istifadə oluna bilər.

Əgər istifadəçilər “Skype”dan tamamilə ayrılmaq istəyirlərsə, məlumatları yükləyib başqa platformalara da keçə bilərlər. Ən məşhur alternativlər bunlardır:

Google Meet

  • Google hesabı ilə istifadə mümkündür.

  • 100 iştirakçıya qədər görüşlər, ekran paylaşımı və qeyd imkanları var.

  • Pulsuz versiyada 3-dən çox iştirakçı olarsa, 60 dəqiqəlik məhdudiyyət tətbiq olunur.

  • Google Workspace planı ilə əlavə imkanlar təqdim olunur.

Zoom

  • 100 iştirakçıya qədər dəstək və geniş funksiyalar: ekran paylaşımı, qeyd, lövhə və s.

  • Pulsuz versiyada görüşlər 40 dəqiqə ilə məhdudlaşdırılır.

  • Abunəlik ayda 13-18 dollar arası dəyişir.

Webex

  • 100 nəfərlik pulsuz görüş imkanı, 40 dəqiqə limit ilə.

  • Ekran paylaşımı, qeyd, lövhə və süni intellekt köməkçisi kimi imkanlar.

  • Ödənişli versiyalarda 1000 iştirakçıya qədər dəstək var.

Discord

  • Kiçik komandalar üçün uyğundur, 25 nəfərlik zəng limiti var.

  • Sınırsız görüş müddəti, ekran paylaşımı və qeyd imkanı mövcuddur.

Slack

  • Rəsmi görüşlər üçün deyil, gündəlik, spontan söhbətlər və qısa zənglər üçün uyğundur.

  • Huddle funksiyası ilə sürətli səsli və video bağlantılar mümkündür.

Signal

  • Tamamilə şifrələnmiş görüntülü zənglər.

  • 50 nəfərə qədər iştirak dəstəyi.

  • Qrup yaratmadan link vasitəsilə görüşlərə qoşulmaq mümkündür.

Digər alternativlər

  • “WhatsApp”, “Facebook Messenger” və “Apple FaceTime” daha çox fərdi istifadə və kiçik qruplar üçün əlverişlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram