Əsəbi olarkən mütləq dinləməli olduğunuz 5 youtube kanalı! | Banco.az

Əsəbi olarkən mütləq dinləməli olduğunuz 5 youtube kanalı!

Günümüzün hər bir hissəsində əsəbləşirik. Maşın sürərkən, işdə, hər hansı bir nəqliyyat vasitəsində, mağazada alış-veriş zamanı, növbə gözləyərkən və.s. Ümumiyyətlə alimlər araşdırıb ki, əsəbi insanlar əgər bir saat içində sakitləşə bilmirlərsə, artıq bu əsəb onların orqanizminə mənfi təsir göstərir. Məsələn iştahanı poza bilər və ya yuxu rejiminə mənfi təsir göstərə bilər, ya da tez-tez əsəbləşməyinə səbəb ola bilər. Hətta bədənimizin hər hansı bir hissəsinin fəaliyyətinin dayanmasına belə gətirib çıxarda bilər. Ona görə də hind fəlsəfəsi deyir ki,  əsəbləşmək  ölümə aparan ən qısa yoldur. 

Bəs əsəbləşməmək üçün və ya əsəblərimizi tez cilovlamaq üçün nə etməli? Ümumiyyətlə türkiyədə keçirilən bir sorğuya görə hansı insanlar ki, əsəbləşdikdən sonra həzin musiqilər dinləyir, onlar əsəblərini daha tez yatıra bilirlər. Bu gün sizə dinləmək üçün 5 maraqlı youtube kanalı təklif edəcəm. Gəlin başlayaq.

1) Mark Eliyahu 

İzləyici sayı: 102 k

Mark Eliyahu bir kamança ustasıdır. Eyni zamanda bağlamada da ifa edən Eliyahu çox maraqlı əsərlər bəstələyir. İfa etdiyi hər parça ruhu oxşayır, əsəbləri sakitləşdirir. Doğulduğu yer Dağıstan olsa da məskəni İsraildir və 36 yaşı var. Kanalını yuxarıdakı videodan izləməyiniz məsləhətlidir.

2) Grinko

İzləyici sayı: 89 k

Ən sərfəli kredit üçün müraciət et

Rusların musiqi duyumu həmişə yaxşı olub, Evgeny Grinko pianoda ifa edir.  Eyni zamanda təbildə də ifa edə bilir.

3) Anna RF

İzləyici sayı: 157 k

Müxtəlif çalğıçıların birləşdiyi bir musiqi qrupudur. İzləməyinizi şiddətlə tövsiyyə edirəm.

4) Yann Tiersen

İzləyici sayı: 100 k

Amelie filminə baxanlar yəqin ki bu adı tanıyırlar. Pianoda ifa edən Tiersen yapon millətinə mənsubdur.

5) Yiruma 

İzləyici sayı: 32 k

Yiruma da bir yapondur və pianoda həm ifa edir, həm də oxuyur.

Videonu izlədikdən sonra kanalları da izləyib bildiriş almağınız məsləhətlidir.