Əcnəbilər harada daha xoşbəxtdir? – Ölkələrin reytinqi | Banco.az

Əcnəbilər harada daha xoşbəxtdir? – Ölkələrin reytinqi

Müəllif: Gülnar Əhmədli, Banco.az

Xaricdə yeni həyat qurmaq istəyənlər üçün hazırlanan Expat Insider 2026 araşdırmasının nəticələri açıqlanıb. InterNations tərəfindən 31 ölkə üzrə aparılan araşdırmada Panama ardıcıl üçüncü dəfə əcnəbilər üçün yaşamağa ən yaxşı ölkə seçilib.

Banco.az xəbər verir ki, ölkələr həyat keyfiyyəti, iş həyatı, şəxsi maliyyə, məskunlaşma asanlığı, yaşayış xərcləri, yerli əhalinin münasibəti və dil baryeri kimi meyarlar üzrə qiymətləndirilib.

Panamada yaşayan əcnəbilərin 87%-i həyatından məmnun olduğunu bildirib. Respondentlərin 90%-i ailə gəlirlərinin rahat yaşamaq üçün kifayət etdiyini, 90%-i isə yerli əhalini mehriban hesab etdiyini deyib. Viza prosedurlarının rahatlığı da ölkənin üstünlükləri arasında göstərilib.

Əcnəbilər üçün ən yaxşı 10 ölkə:

  1. Panama
  2. Meksika
  3. Tayland
  4. BƏƏ
  5. Braziliya
  6. İspaniya
  7. Sinqapur
  8. Portuqaliya
  9. Malayziya
  10. Lüksemburq

Araşdırmada ənənəvi olaraq miqrantların üstünlük verdiyi ABŞ və Almaniya kimi ölkələrin ilk sıralarda yer almaması diqqət çəkib.

Türkiyə 31 ölkə arasında 29-cu sırada qərarlaşıb və “Xaricdə işləmək” kateqoriyasında sonuncu olub. Ölkə maaşlar, iş təhlükəsizliyi, iş və asudə vaxt balansı, iş mədəniyyəti və iş məmnuniyyəti üzrə aşağı qiymətləndirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram