Müəllif:Mehin Qasımova,Banco.az
"UBS" Qlobal Sərvət Hesabatı 2026 adambaşına düşən orta sərvətə görə dünyanın ən zəngin ölkələrinin reytinqini açıqlayıb.
Banco.az xəbər verir ki,İsveçrədə adambaşına düşən orta sərvət 910 min dollar təşkil edir. ABŞ 696 min dollarla ikinci, Lüksemburq isə 655 min dollarla üçüncü yerdə qərarlaşıb. İlk onluqda həmçinin Honq Konq, Avstraliya, Sinqapur, Danimarka, Yeni Zelandiya, Norveç və Hollandiya yer alıb.
Reytinq göstərir ki, ilk 30 ölkənin böyük hissəsini Avropa dövlətləri təşkil edir. İsveçrə, Lüksemburq, Danimarka, Norveç, Hollandiya, Belçika, İsveç, Almaniya, Fransa, Avstriya, İtaliya, Finlandiya, Portuqaliya, Malta və Yunanıstan yüksək sərvət göstəriciləri ilə siyahıda yer alıblar.
Asiyadan Honq Konq, Sinqapur, Tayvan, Cənubi Koreya və Yaponiya ilk 30-luqda qərarlaşıb. Körfəz regionunu isə Qətər və Birləşmiş Ərəb Əmirlikləri təmsil edir. Siyahının sonuncu pilləsində adambaşına düşən orta sərvəti 143 min dollar olan Yunanıstan yer alır.
Adambaşına düşən orta sərvətə görə ilk 10 ölkə:
- İsveçrə – 910 min dollar
- ABŞ – 696 min dollar
- Lüksemburq – 655 min dollar
- Honq Konq – 648 min dollar
- Avstraliya – 616 min dollar
- Sinqapur – 527 min dollar
- Danimarka – 523 min dollar
- Yeni Zelandiya – 450 min dollar
- Norveç – 425 min dollar
- Hollandiya – 415 min dollar
Hesabatda qeyd olunur ki, adambaşına düşən orta sərvət göstəricisi ölkənin ümumi sərvətinin yetkin əhali arasında orta hesabla necə bölündüyünü göstərir. Bununla belə, ekspertlər sərvətin cəmiyyət daxilində bərabər paylanmasını qiymətləndirmək üçün median sərvət göstəricisinin də nəzərə alınmasının vacibliyini vurğulayırlar.
