Dünyanın ən böyük maliyyə mərkəzləri açıqlanıb | Banco.az

Dünyanın ən böyük maliyyə mərkəzləri açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Nyu-York dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında liderliyini qoruyub saxlayır.

Banco.az xəbər verir ki, bu barədə Qlobal Maliyyə Mərkəzləri İndeksini (GFCI) hesablayan “Z/Yen Group” maliyyə konsaltinq şirkətinin icmalında deyilir.

Bildirilir ki, Nyu-York 2018-ci ilin payızından bəri reytinqdə birinci yerdədir.

Bu ilin martında açıqlanan reytinqin əvvəlki versiyası ilə müqayisədə Nyu-York bir xal itirərək 763 xal toplayıb, ikinci yerdə qərarlaşan London isə üç xal toplayıb, onun xalı 750 olub.

İlk üçlüyü 747 xalla Sinqapuru qabaqlayan Honq Konq tamamlayır. San-Fransisko beşinci, Çikaqo doqquzuncu yerdən altıncı, Los Anceles səkkizinci yerdən yeddinci, Şanxay isə iki pillə geriləyərək səkkizinci yeri tutub.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlki reytinqlə müqayisədə ilk 10-luqda iki dəyişiklik olub: Seul və Cenevrə ilk onluğu tərk edərək öz yerlərini Şençjen və Frankfurta verib.

121 şəhərin yer aldığı siyahıda Moskva və Sankt-Peterburq yalnız Bakı və Buenos-Ayresi qabaqlayaraq 119 və 118-ci yerlərdə qərarlaşıb. Şərqi Avropa və Mərkəzi Asiyanın maliyyə mərkəzləri arasında Astana başçılıq edir (62-ci yer).

Qeyd edək ki, Dünya Maliyyə Mərkəzləri İndeksi ilk dəfə 2007-ci ildə dərc edilib və hər altı aydan bir yenilənir (indiki nəşr 35-cidir). Son reytinq demək olar ki, 8,5 min respondent arasında keçirilən sorğu əsasında tərtib edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et