David Ogilvy 1911-1990-cu illərdə yaşayan reklamçılıq sektorunun ən dəyərli insanlarından biridir. Şotlandiyalı Ogilvy müasir reklamçılığa istiqamət vermiş, hətta demək doğru olardısa reklamçılığın atası hesab edə bilərik. Çalışdığı bir çox şirkəti dünya üzrə məşhur hala gətirən Ogilvy-dən bizim də öyrənməli olduğumuz məsələlər mövcuddur.
David Ogilvy iş həyatına başlayanda reklamçılıqla məşğul olmurdu.
Paristə aşçılıq, müharibədən sonra bağbançılıq və ticarətçi kimi bir sıra işlərlə məşğul olsada o heç vaxt birbaşa reklam sahəsi ilə ələdar olmayıb.
1960-cı ildə qəzetlərdə çap olunmuş bir məqaləsi illərlə dəyərini itirməyən hər reklamçının istifadə etdiyi bir kitab oldu.
“Bir reklamçımın etirafları” kitabı reklamla məşğul olmaq istəyən hər kəsin oxumalı olduğu kitablardandır.
Reklam sahəsi ilə məşğul olan və ya bu sahəyələ maraqlanan hər kəsin dərs çıxara biləcəyi o 20 etiraf:
1) Şotlandların məşhur bir sözü var, çox çalışmaq insanı heç vaxt öldürmür. Həqiqətən də insanlar çox çalışmaqdan yox, sıxıntıdan ölərlər
2) Yeni bir müştəri qazanmağın yaxşı yolu, indiki müştəriləriniz üçün gələcəktəki müştərilərinizi cəlb edəcək maraqlı reklamlar hazırlamaqdır.
3) Heç vaxt öz ailənizin oxumasını istəmədiyiniz reklam kontentləri yazmayın.
4) Şirkətinizdə sizdən daha potensiallı insanlarla işləyərsəniz, daha böyük bir şirkət olarsınız.
5) Yenilikçi olun. Dəyişmək bizim qan damalarımız, stabillik isə ölüm anımızdır.
6) Reklamınızı böyük bir şirkət üzərində inşa etmədikcə, gecə yola çıxmış gəmi kimi ömrü az olar.
7) Bir marka, məhsulun əsas hissələrini, yəni adının, qablaşdırılmasının, qiymətinin, tarixinin, reklamının cəmidir.
8) İnsanları məhsulunuzu almağa məcbur etsəniz, sadəcə onu alacaqlar amma istifadə etməyəcəklər.
9) İnsanlar məhsulu satın alırlar, televizordakı reklamı yox.
10) Reklam kontentində hər söz bir dəyərə malikdir.
11) Bəzən ən yaxşı fikirlər müştəri təmsilçisindən, bazar tədiqatçısından və digər insanlardamn gələr. Sizin bütün fikirlərə ehtiyacınız var.
12) Ən önəmli qərar, məhsulunuzu necə yerləşdirməyinizdir.
13) Bizim əsas işimiz ən bacarıqlıları toplamaqdır. Onları da xalqın içində axtarmaq lazımdır
14) Qadınların satın aldığı məhsulların reklam kontentini kişi cinsindən olan insanların yazmasına icazə verməyin.
15) Dahi insanlara xoşsifətli olun.
16) Hər bir reklam məhsula öz təsirini göstərir, çünki reklam özü elə markanı yaradır.
17) Həmişə məhsulun qiymətinin azaldılması müştəridə güvənsizlik yaradır. Siz heç davamlı endirim edilən bir məhsulu almaq istərdinizmi?
18) Yanğın söndürən bir reklam yaratmaq üçün, əvvəlcə yanğını başlatmalısınız
19) İnsanları öz ofisinizə dəvət etməyin. Bu onları qorxuda bilər, məsləhətim sizin onların ofisinə getməyinizdir.
20) Biz insanlar nizamlı biliyi, qarmaqarışıq cəhalətdən üstün tutarıq.
Xəzər Aslanov. Banco.az
Bu da maraqlıdır: