Donald Trampın Çinə səfəri təxirə salına bilər | Banco.az

Donald Trampın Çinə səfəri təxirə salına bilər

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp İran hücumları səbəbindən ölkədə qalmalı olduğunu və Çinə səfərini bir müddət təxirə salacağını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Oval Ofisdə vitse-prezident JD Vance ilə birlikdə keçirilən prezident fərmanının imzalanma mərasimi zamanı İranla bağlı son vəziyyətlə bağlı sualları cavablandırıb.

Aprelin əvvəlində Çinə planlaşdırılan səfərini edib-etməyəcəyi barədə danışan  Tramp belə deyib:

 "Çinlə danışıqlar aparırıq. Çox istərdim, amma müharibə səbəbindən burada qalmaq istəyirəm. Burada olmağım lazım olduğunu hiss edirəm. Buna görə də bir ay təxirə salmağı xahiş etdik. Onlarla görüşməyi səbirsizliklə gözləyirəm. Bizim çox yaxşı münasibətlərimiz var".

Digər tərəfdən, Tramp Çinin Hörmüz boğazı ilə bağlı həm onlara təşəkkür etməli, həm də kömək etməli olduğunu bildirib və Pekinin neft ehtiyacının 90 faizini bu boğazdan təmin etdiyini qeyd edib.