Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan 271.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 60.5 milyon dollar və ya 28.7% artıb.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Məlumata görə, təkcə avqust ayında ixrac edilən qızılın dəyəri 36.8 milyon dollar olub ki, bu da 2025-ci ilin avqust ayına nisbətən 4.8 milyon dollar və ya 15% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan 326.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
