Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində “LandSpace” şirkəti qismən təkrar istifadə edilə bilən raketinin atış sınağını keçirib.
Banco.az xəbər verir ki, Çində kosmik raketlər hazırlayan özəl "LandSpace" şirkəti birinci mərhələsi təkrar istifadə oluna bilən “The Zhuque-3 (ZQ-3)” raketinin alışdırma sınağını uğurla başa çatdırdığını açıqlayıb.
Şirkətin məlumatına görə, raketin alışdırma sınağı Qobi səhrasında yerləşən Donqfınq Kommersiya Kosmik İnnovasiya Pilot Bölgəsində həyata keçirilib.
Açıqlamada bildirilib ki, sınaq zamanı bütün sistemlər normal rejimdə işləyib, raket və buraxılış sistemlərinin koordinasiyası baxımından gözlənilən nəticələr əldə olunub.
Buraxılışdan sonra birinci mərhələsinin Yerə qayıdaraq müstəqil şəkildə eniş etməsi üçün layihələndirilən "The Zhuque-3 (ZQ-3)” qismən təkrar istifadə oluna bilən raketdir.
Raketin ilk buraxılışı 2025-ci il dekabrın 3-də həyata keçirilmişdi. Həmin buraxılış zamanı raket sınaq məqsədilə daşıdığı yükü orbitə çatdırsa da, təkrar istifadə üçün nəzərdə tutulan birinci mərhələnin yerə enişi uğursuz olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!
