Çində gənclər arasında işsizlik rekord həddə çatıb | Banco.az

Çində gənclər arasında işsizlik rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avqust ayında Çində tələbələr istisna olmaqla, 16-24 yaşlı insanlar arasında işsizlik səviyyəsi rekord həddə çatıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika İdarəsinin (DSİ) hesabatında deyilir.

Bildirilir ki, göstərici iyuldaki 17,1 faizdən avqustda 18,8 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, tələbələr istisna olmaqla, 25-29 yaşlı şəxslər arasında işsizlik dörd aylıq maksimuma - 6,9 faizə çatıb. Bir ay əvvəl bu göstərici 6,5 faiz təşkil edib. 30-59 yaşlı insanlar üçün isə bu rəqəm dəyişməyib - 3,9 faiz. Ekspertlər gənclər arasında işsizliyin artımını yayda rekord sayda - 11,79 milyon məzunun milli əmək bazarına daxil olması ilə əlaqələndiriblər.
Çin hakimiyyəti məzunların işə qəbulunu stimullaşdırmaq üçün bir sıra tədbirlər, o cümlədən subsidiyalar tətbiq edib. Qeyd edək ki, açıqlanan bu işsizlik rəqəmləri kənd əhalisini nəzərə almır.

Ən sərfəli krediti almaq üçün müraciət et