Çin prezidenti Si Cinpinin ABŞ-a səfəri başlayıb | Banco.az

Çin prezidenti Si Cinpinin ABŞ-a səfəri başlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin Prezidenti Si Cinpinin 11 ildən sonra ilk rəsmi səfəri çərçivəsində ABŞ-a gəldiyi bildirilib.

Banco.az xəbər verir ki, “Sinxua” xəbər agentliyinin məlumatına görə, Si Cinpin və həyat yoldaşı Pen Liyuan Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp tərəfindən qarşılanıblar.

ABŞ-a səfərindən sonra yazılı açıqlama verən Si Cinpin Çin və ABŞ-ın rəqib deyil, tərəfdaş olması lazım olduğunu bildirib.

Çin lideri qeyd edib ki, “Çin xalqının böyük dirçəlişi” və “Amerikanı yenidən böyük etmək” vizyonları bir-biri ilə uzlaşa, bir-birini tamamlaya və dünya üçün faydalı nəticələr yarada bilər.

Si Cinpin həmçinin Çin və ABŞ arasında əməkdaşlığa əsaslanan, konstruktiv və strateji baxımdan sabit münasibətlərin gücləndirilməsində maraqlı olduqlarını vurğulayıb.