Müəllif: Tamara Mustafayeva, Banco.az
F1 komandası “Ferrari” və “IBM” süni intellekt sahəsində əməkdaşlıq edəcəklər.
Banco.az xəbər verir ki, “Ferrari” və “IBM” arasında süni intellekt dəstəkli yeni əməkdaşlıq “Formula 1” azarkeşlərinin yarış təcrübəsini köklü şəkildə dəyişdirəcək. Dünyanın ən populyar idman növlərindən birinə çevrilən “Formula 1” yarışlarında iştirak edən “Ferrari” komandası texnologiya nəhəngi “IBM” ilə süni intellekt əsaslı texnologiya tətbiqlərinin inkişafı sahəsində əməkdaşlıq barədə razılığa gəlib.
Texnologiya yönümlü bu idman növü sponsor görünürlüğü əldə etmək üçün komandalarla tərəfdaşlıq quran, eyni zamanda rəqabət üstünlüyü təmin edə biləcək məlumat təhlili və süni intellekt alətləri təqdim edən “AWS”, “Oracle” və “Anthropic” kimi texnologiya şirkətləri üçün də cəlbedici sahəyə çevrilib.
Bu səbəbdən “IBM” növbəti böyük idman tərəfdaşlığını axtararkən şirkətin “Formula 1”i və onun ən simvolik komandalarından biri olan “Scuderia Ferrari HP”ni seçməsi təəccüblü hesab edilmir.
Bizi sosial şəbəkələrdən izləyin!!
