Bu il Azərbaycanın qarğıdalı idxalı artıb | Banco.az

Bu il Azərbaycanın qarğıdalı idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-fevral aylarında 8 milyon 499 min ABŞ dolları dəyərində 35 min 319 ton qarğıdalı idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 5 milyon 253 min dollar və ya 2,6 dəfə, həcmi isə 24 min 433 ton və ya 3,2 dəfə artıb. 

Məlumata görə, ötən 2 ayda qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,21%-nə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram