BMT: Hörmüz boğazından gəmilərin tranziti 95% azalıb | Banco.az

BMT: Hörmüz boğazından gəmilərin tranziti 95% azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-İran müharibəsinin başlamasından bəri Hörmüz boğazından gündəlik gəmi tranziti 95%-dən çox azalıb.

Banco.az xəbər verir ki, bu rəqəmlər Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, Hörmüz boğazından gəmiçilik iflic vəziyyətindədir:

"Tranzit trafik 95%-dən çox azalıb və bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub".

Təşkilatın məlumatına görə, martın əvvəlində boğazdan gündəlik tranzit 10 gəmidən çox olmayıb, fevralın son həftəsində isə bu rəqəm orta hesabla 103 olub.