"Biz illərdir Hörmüz boğazını pulsuz qoruyuruq, indi növbə sizindir" | Banco.az

"Biz illərdir Hörmüz boğazını pulsuz qoruyuruq, indi növbə sizindir"

Müəllif:Mehin Qasımova,Banco.az

Biz illərdir Hörmüz boğazını pulsuz qoruyuruq, indi növbə sizindir.

Banco.az xəbər verir ki, bu sözləri Ağ Ev rəhbəri Donald Tramp deyib.

O qeyd edib ki, ABŞ illərdir Hörmüz boğazını "pulsuz" qoruyur və Çin, Yaponiya, Cənubi Koreya və Avropa ölkələri enerji təhlükəsizliyi üçün boğazın qorunması üçün daha çox məsuliyyət daşımalıdırlar:

"Biz İranın Hörmüz boğazında ticarət gəmilərini təhdid etmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflətdik. 30-dan çox mina atan gəmini məhv etdik.  ABŞ-ın xaricdən neft idxalına ehtiyacı yoxdur və Hörmüz boğazından keçən neft ABŞ-ın ümumi neft alışının yalnız 1 faizini təşkil edir".

O, əlavə edib ki, iqtisadiyyatı bizdən daha çox Hörmüz boğazından asılı olan digər ölkələri onu qorumağa təşviq edirik:

 "Çin 90 faiz, Yaponiya 95 faiz, Cənubi Koreya 35 faiz. Sözügedən ölkələrlə yanaşı, bir çox Avropa ölkəsi də neft ehtiyaclarını ödəmək üçün Hörmüz boğazından asılıdır. ABŞ illərdir bu boğazı "pulsuz" qoruyur və artıq əlaqəli ölkələrin məsuliyyət daşımasının vaxtıdır".