Bitkoin kəskin bahalaşdı | Banco.az

Bitkoin kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən gecə saatlarında ani yüksəliş dinamikasının müşahidə olunduğu Bitkoin 2 saat ərzində 34 min 537 dollardan 39 min 250 dollara qədər bahalaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən Bitkoin ötən 24 saat ərzində 11% dəyər qazanıb. Səhər saatlarında isə 38 min 288 dollara icra edilir.

Qeyd edək ki, Bitkoinlə yanaşı digər kriptovalyuta növlərində də artım dinamikası müşahidə edilməkdədir. Gündəlik 7,2% dəyər qazanan Ethereum 2 min 300 dolları üstələyib. Dogecoin-də isə sözügedən artım 13% hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et