Bitkoin 17 ayın maksimumuna qədər bahalaşıb | Banco.az

Bitkoin 17 ayın maksimumuna qədər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoinin qiyməti ötən ilin may ayından bəri ən yüksək həddə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) ilk spot Bitkoin birja fondunu (ETF) təsdiqləməsi ilə bu kriptovalyuta növünün qiyməti ötən ilin may ayından bu yana ən yüksək səviyyəyə çatmaqla bahalaşmanı davam etdirib.

Belə ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin 11,5 faiz bahalaşaraq 35 min dollara çatıb və çərşənbə axşamı Sinqapurda saat 10:54-də 34 min 580 dollara ticarət edilib.

Qeyd edək ki, bu kəskin yüksəlişlə bitkoinin 2022-ci ilin dekabrında baş verən ucuzlaşmadan sonrakı bərpası 109 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et