Bankların 8 Mart kampaniyaları – 2026 | Banco.az

Bankların 8 Mart kampaniyaları – 2026

Müəllif: Gülnar Əhmədli, Banco.az

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə banklar qadınlara xüsusi kampaniyalar təklif edirlər. Xanımların bu üstünlüklərdən yararlana bilməsi üçün həmin kampaniyaları təqdim edirik.

ABB

Xanımların 6-8 mart 2026-cı il tarixlərində ABB-AZAL Miles kartı ilə seçilmiş kateqoriyalarda etdiyi ödənişlərdə 2 dəfə çox mil qazanmaq fürsəti var.

Kampaniya müddəti: 6, 7, 8 mart.

  • Kampaniya yalnız mil hesablanan MCC kateqoriyaları üzrə əməliyyatlara şamil edilir,
  • Nağdlaşdırma, P2P köçürmələr, kredit ödənişləri, mərc oyunları və mil hesablanmayan digər əməliyyatlar kampaniyaya daxil deyil,
  • Qazanılan əlavə millər kampaniya bitdikdən sonra müştərinin balansına əlavə olunacaq.

Yelo Bank

Bank 8 Mart münasibətilə aşağıdakı kateqoriyalarda 20%-dək keşbek qazanmaq şansı yaradıb. Kateqoriya seçərək bu faizlərdən yararlanana bilərsiniz.

  • Gül dükanları
  • Kosmetika və parfümeriya
  • Gözəllik salonları və Spa
  • Geyim mağazaları

Unibank

Əziz xanımlar, martın 7-dək Unibankdan 70 000 manatadək nağd krediti illik cəmi 8%-dən başlayaraq və 60 aya qədər götürə bilərsiniz.

Sifariş üçün: https://unbk.az/nagdkredit

Azər Türk Bank

Bank 8 mart Beynəlxalq Qadınlar gününə özəl kampaniya keçirir. Yalnız 7 mart tarixində atb-də 80 000 AZN-dək nağd krediti illik 9.9%-dən başlayaraq və komissiyasız əldə edə biləcəksiniz.

Müraciət üçün: atb.az/kredit

Bank of Baku

Xanımlara özəl komissiyasız kredit! 6-7 mart tarixlərində Bank of Baku-dan 50.000 AZN-dək nağd pul kreditini komissiyasız əldə edə bilərsiniz.

Həmçinin, başqa bankdakı kreditinizi banka gətirib 6%-dək endirimdən yararlana biləcəksiniz. 

TuranBank

Bank 6 mart tarixinədək nağd pul krediti rəsmiləşdirən bütün xanımlar üçün komissiyanı sıfırlayıb.

Məbləğ: 50 000 AZN-dək

Müddət: 48 ayadək

Sifariş üçün linkə keçid edin: https://tnb.az/8mart

Bank Respublika

Beynəlxalq Qadınlar Günündə (yalnız 8 Mart) gözəllik salonlarında Neokart ilə ödəniş etdikdə 5% keşbek qazanaca biləcəksiniz.

  • Standart kartlar üzrə – limit 20 AZN
  • Premium kartlar üzrə – limit 30 AZN

VTB Bank Azərbaycan

Bank qadınlara özəl kampaniya çərçivəsində sərfəli şərtlər təqdim edir.

  • illik faizə 1% endirim
  • 0% komissiya

Son tarix: 6 mart.

AFB Bank

Bank Beynəlxalq Qadınlar Günü münasibətilə ilk dəfə nağd pul krediti götürən xanım müştərilərə Mono Premium kart hədiyyə edəcək.

Mono Premium kartın üstünlükləri:

  • 10%-dək keşbek imkanı
  • Kart hesabının qalığına illik 8% overnight faiz
  • İlkin mədaxil və xidmət haqqı tələb olunmur

Müraciət üçün: https://digital.afb.az/about/101

Rabitəbank

Əziz xanımlar, Kartmane Taksit kartı ilə seçilmiş kateqoriyalardan Apple Pay/Google Pay üzərindən ödəniş edərək 8% keşbek qazanıb, üstəlik 8 ayadək komissiyasız taksit fürsətindən faydalana bilərsiniz.

  • Restoranlarda
  • Elektronika mağazalarında
  • Bərbər və gözəllik salonlarında
  • SPA mərkəzlərində
  • və "digər" ödənişlərdə

Kampaniya tarixi: 06.03.2026 - 13.03.2026

Yapı Kredi Bank Azərbaycan

Qadın müştərilər 8 Martadək istehlak kreditlərində komissiyaya 50% endirim fürsətindən yararlana biləcəklər.

Xalq Bank

1. Xalq Bank Beynəlxalq Qadınlar Günü münasibətilə XalqKart sahibləri üçün xüsusi keşbek kampaniyası təqdim edir.  7-9 mart tarixlərində hədiyyə, parfümeriya, gül dükanları və gözəllik salonlarında XalqKart ilə edilən ödənişlərdə müştərilər 8% keşbek/petrol qazanacaqlar.

2. Həmçinin həmin tarixlərdə premium imtiyazlı Mastercard Black Edition və Visa Infinite kartları xanımlar üçün satış qiyməti və ya ilkin ödəniş məbləğinə 60 % endirimlə, 1 illik VISA Gold kartları isə pulsuz təqdim edilir. Təklifdən yararlanmaq üçün https://cardorder.xalqbank.az/ səhifəsində XB8MART promokodunu tətbiq etməklə onlayn sifariş etmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram