"Azərkosmos"un ixrac gəlirləri 11 % artıb | Banco.az

"Azərkosmos"un ixrac gəlirləri 11 % artıb

Bu ilin yanvar-fevral aylarında Kosmik Agentlik ("Azərkosmos") 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın mart sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

Ötən 2 ayda peyk telekommunikasiya xidmətlərini 32 ölkənin şirkətləri idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 5 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (710,4 min ABŞ dolları), Lüksemburq (545,4 min ABŞ dolları), İsveç (374,4 min ABŞ dolları), Türkiyə (162 min ABŞ dolları) və Pakistan (152,5 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 %-dən 65 %-ə düşüb.