“Azərbaycanlı bloger Safar Eyvazov TikTok SNQ məkanında zirvəyə yüksəldi”
Son illərdə sosial şəbəkələrdə sürətlə yüksələn azərbaycanlı bloger Safar Eyvazov beynəlxalq uğurları ilə diqqət mərkəzinə çevrilib. Xarizmatik çıxışları, səmimi ünsiyyəti və fərqli yayım tərzi ilə milyonların sevgisini qazanan Safar, artıq təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanınan simalardan biridir.
2025-ci ildə TikTok tərəfindən SNQ ölkələri arasında keçirilən böyük yarışmada birinci olan Safar Eyvazov, Azərbaycan adını Asiya regionunda zirvəyə daşımağı bacarıb. Ardınca TikTok-un ən nüfuzlu layihələrindən hesab olunan “TikTok Live Fest” müsabiqəsində qalib gəlməsi onun uğurlarını daha da böyüdüb.
Maraqlısı isə odur ki, Safar beynəlxalq arenada Azərbaycanı təmsil edən TOP 10 yayımçı sırasında yer almağı bacarıb. Bu uğur sosial media tarixində azərbaycanlı kontent yaradıcıları üçün mühüm hadisələrdən biri hesab olunur.
Safar Eyvazov bu uğurların arxasında daim zəhmət, intizam və insanlarla səmimi münasibətin dayandığını bildirir. Onun izləyiciləri isə Safarı təkcə uğurlarına görə deyil, mədəniyyəti və davranışı ilə də nümunəvi bloger hesab edirlər.
