Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 70 milyon 127 min dollar və ya 66,3% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 175 milyon 884 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 105 milyon 757 min dollar olub.
Qeyd edək ki, ilk 4 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 4 milyard 698 milyon 786 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
