Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2024-cü ildə Gürcüstana 44 milyon 987 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü illə müqayisədə 13 milyon 862 min dollar və ya 23,6% azdır. 2023-cü ildə bu məbləğ 58 milyon 849 min dollara bərabər olub. 

Qeyd edək ki, ötən il Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 8,5% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram